"Lightsource bp" İspaniyadakı günəş layihələrini satın aldı

image

bp-nin yarısına sahib olduğu "Lightsource bp" İspaniyadakı 703 MVt gücündəki 3 günəş enerji layihəsini satın alıb.

"Berpaolunanenerji.az" "Lightsource bp"-yə istinadən xəbər verir ki, İspaniyanın "Grupo Jorge" şirkətinin 3 günəş layihəsini 566 milyon ABŞ dolları məbləğində satın almaq üçün müqavilə imzalanıb.

Beləliklə, şirkətin İspaniyada olan layihələrinin ümumi gücü 3 QVt-a çatıb. Bu güc planlanan layihələrin qoyuluş gücünün təxminən 15 %-ə bərabərdir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *