"Masdar" Qazaxıstanda 1 QVt-a qədər külək enerjisi layihələri həyata keçirəcək

image

Dünyanın aparıcı təmiz enerji şirkətlərindən biri olan "Masdar" şirkəti Qazaxıstan Respublikasında ümumi gücü 1 giqavata qədər olan külək elektrik stansiyası inşa edəcək.

"Renewables.az" xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Əbu-Dabidəki Prezident sarayında baş tutan imzalanma mərasimində "Masdar" şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil əl-Ramahi, Qazaxıstanın Energetika naziri Bolat Akçulakov və Qazaxıstan İnvestisiya İnkişafı Fondunun (KIDF) İdarəetmə Şirkətinin baş icraçı direktoru Nurlan Jakupov arasında müqavilə imzalanıb.

Razılaşmaya əsasən, üç tərəf 1 QVt-a qədər külək enerjisi layihəsini birgə işləyib hazırlayacaq, birinci mərhələdə 500 meqavatlıq güc istismara veriləcək.

Qeyd edək ki, Qazaxıstan 2060-cı ilə qədər sıfır karbona çatmağı və eyni zamanda elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payını 2030-cu ilə qədər 10 faizə, 2050-ci ilə qədər isə 50 faizə çatdırmağı hədəfləyir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *