"Masdar" IRENA-nın "Enerji Keçidini Sürətləndirən Maliyyələşdirmə" (ETAF) Platformasına qoşulmaq üçün Niyyət Məktubu imzalayıb.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə Masdar məlumat yayıb.
Müqaviləni "Masdar" şirkətinin baş direktoru Mohamed Jameel Al Ramahi və IRENA-nın baş direktoru Françesko La Kamera bu gün IRENA-nın Masdar şəhərindəki baş qərargahında keçirilən mərasimdə sazişi imzalayıblar.
ETAF vasitəsilə "Masdar" inkişaf etməkdə olan ölkələrdə bərpa olunan enerjiyə dəstək olmaq üçün IRENA və Abu-Dabi İnkişaf Fondu (ADFD) ilə işləyəcək.
Müqaviləyə görə, layihələrin icrasında "Masdar"ın texniki və layihə inkişaf təcrübəsindən istifadə ediləcək.
Rəylər (0):