Misirdə inşa edilən "West Bakr" külək elektrik stansiyasında elektrik istehsalına başlanılıb.
"Berpaolunanenerji.az" "Siemens Gamesa"ya istinadən xəbər verir ki, külək layihəsinin qoyuluş gücü 250 MVt-dır.
Külək parkında "96 SG 2.6-114" turbinləri quraşdırılıb və artıq onlardan biri elektrik istehsalına başlayıb.
Layihə, ölkədə külək enerjisinin qoyuluş gücünü 18 %-ə qədər artırmaq və ilin sonunda ümumi enerji istehsalında bərpaolunan enerji mənbələrinin payını 20 %-ə çatdırmaq üçün önəmli bir layihə hesab olunur.
KES ildə 350,000 evi təmiz enerji ilə təmin edəcək və 550,000 ton CO2 emissiyasının qarşısını alacaq.
Rəylər (0):