Naxçıvan Dövlət Energetika Xidmətinin saytı “gov.az” zonasına köçürüləcək

image

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. 

"Renewables.az" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, Naxçıvan MR Dövlət Energetika Xidmətinin internet səhifəsinin (energetika.nakhchivan.az) audit yoxlamaları aparıldıqdan sonra "nminenergy.gov.az" domen zonasına köçürülməsi planlı olaraq həyata keçiriləcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *