Naxçıvanda Azərbaycan-Türkiyə Enerji Forumu keçiriləcək

image

Sentyabrın 28-29-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu keçiriləcək.

Renewables.az xəbər verir ki, tədbirin təşkilatçısı Energetika Nazirliyidir.

Artıq bununla bağlı hazırlıqlara başlanılıb.

Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə təsis edilib.

1-ci forum 21-22 dekabr 2021-ci il tarixində Bakıda, 2-ci forum isə 5-6 oktyabr 2022-ci il tarixində Türkiyənin İstanbul şəhərində keçirilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *