Nazir: ""Kəmər və Yol" "yaşıl enerji" üzrə də effektli əməkdaşlıq platformasına çevrilə bilər"

image

18-19 oktyabr tarixlərində Çin Xalq Respublikasının Çindao şəhərində hibrid formatda 2-ci "Kəmər və Yol Energetika Nazirləri Konfransı" keçirilib.

"Berpaolunanenerji.az" energetika nazirliyinə istinadən xəbər verir ki, müxtəlif ölkələrin yüksək vəzifəli şəxslərinin iştirak etdiyi tədbirin açılış mərasimində energetika naziri Pərviz Şahbazov onlayn formatda çıxış edib.

"Hazırda iqlim dəyişiklikləri ilə bağlı çağırışlar enerji sektorunu kəskin dəyişikliklərlə üz-üzə qoyub və bu prosesdə çoxtərəfli əməkdaşlıq heç vaxt olmadığı qədər həlledici rol oynayır. Qlobal enerji istehlakının strukturundakı təsirli mövqeyi, dünyada bərpaolunan enerji üzrə ən böyük qoyuluş gücünə malik ölkələrdən biri olması və 2060-cı ilə qədər sıfır karbon emissiyası ilə bağlı hədəfi Çinin təşəbbüsü ilə "Kəmər və Yol"un "yaşıl enerji" üzrə də effektli əməkdaşlıq platformasına çevrilməsinə təminat yaradır" - deyə nazir qeyd edib. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *