Nazir müavini Azərbaycanın hazırkı enerji güclərindən, ölkənin elektroenergetika sektorunun durmadan yenilənməsindən, xüsusilə də külək və günəş elektrik stansiyalarının tikintisindən danışıb.
"Berpaolunanenerji.az" xəbər verir ki, Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif layihəsinin suallarını bu dəfə Energetika nazirinin müavini Elnur Soltanov cavablandırıb.
E.Soltanov bərpa olunan enerji sahəsinə cəlb edilən xarici investisiyaların tezliklə ölkəmizə böyük dividendlər gətirəcəyini bildirib. Nazir müavini həmçinin işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur bölgəsində həyata keçiriləcək nəhəng layihələrdən söz açıb. Söhbət zamanı “bp” şirkəti ilə birgə Cəbrayılda inşa ediləcək günəş elektrik stansiyası layihəsinin detallları müzakirə edilib.
Eyni zamanda Xəzər dənizinin inanılmaz külək enerjisi potensialını önə çəkən E.Soltanov bu istiqamətdə ciddi iş aparıldığını bildirib. Müsahibə zamanı vətəndaşların gələcəkdə fərdi şəkildə günəş və külək enerjisi panelləri quraşdıraraq şəxsi elektrik tələbatını ödəməsi kimi məsələlərə də toxunulub.
Rəylər (0):