Nazir: "Qarabağ regionunu ümumilikdə "yaşıl enerji" mənbələri vasitəsilə elektrik enerjisi ilə təchiz etmək niyyətindəyik"
Hazırda dövlət başçısının tapşırığı ilə Qarabağ regionunda "yaşıl enerji" zonasının yaradılması ilə bağlı iş gedir.
"Berpaolunanenerji.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında energetika naziri Pərviz Şahbazov deyib.
Sitat: "Qarabağ regionunda "yaşıl enerji" zonası üzərində hal-hazırda iş gedir və nəzərdə tutulur ki, bu regionda təsis edilən enerji mənbələri yaşıl enerjidən ibarət olacaq. Bu ilk növbədə böyük su resurslarımız, hidro elektrik stansiyaları, o cümlədən bir çox sayda kiçik su elektrik stansiyaları və eyni zamanda hal-hazırda biz Qarabağ regionunda günəş və külək elektrik stansiyaları üzərində də iş aparırıq. Beləliklə, Qarabağ regionunu ümumilikdə "yaşıl enerji" mənbələri vasitəsilə elektrik enerjisi ilə təchiz etmək niyyətindəyik"
Rəylər (0):