"Qarabağ və Şərqi Zəngəzur modern quruculuq modeli, “Yaşıl Enerji Zonası” Konsepsiyası əsasında bərpa edilir, XXI əsrin ağıllı şəhərləri, ağıllı kəndləri tikilir, Böyük Qayıdış uğurla həyata keçirilir".
Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Pərviz Şahbazov Zəfər Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
Qeyd edək ki, bu gün Energetika Nazirliyində Azərbaycanın ərazi bütövlüyü ilə yanaşı, milli qürurunun bərpasının rəmzi olan 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Rəylər (0):