Nazir: SOCAR və “Masdar” arasında imzalanan sazişlər Azərbaycanın enerji keçidində mühüm mərhələdir

image

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında günəş və külək enerjisinin istifadəsi ilə bağlı imzalanan sazişlər Azərbaycanın enerji keçidində mühüm mərhələdir.

Renewables.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“Belə layihələr yaşıl gələcəyə sadiqliyimizi nümayiş etdirir və iqtisadiyyatımıza, ətraf mühitin qorunmasına və sosial rifaha önəmli töhfələr verəcək” - deyə nazir qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *