Nəhəng neft şirkətləri dividendlər hesabına təmiz enerji layihələrinə sərmayə qoyacaq

image

“Deloitte” konsaltinq şirkəti dərc olunan araşdırmada bildirib ki, əsas institusional neft və qaz investorları bəzi enerji keçid layihələrinə daha çox vəsait xərcləmək məqsədilə səhmlər üzrə dividendləri azaltmağa və daha az səhm geri almağa açıq olacaqlar.

Renewables.az "AZƏRTAC"a istinadən xəbər verir ki, enerji firmaları istehsal artımına həddən artıq vəsait xərclədikdən sonra yüksək enerji qiymətləri fonunda səhmdarların gəlirlərini kəskin şəkildə artırıblar.

“Deloitte” bildirib ki, neft və qaz şirkətləri bütün sənaye sahələri üzrə 2022-ci ildə səhmdarlara nağd pul paylanmasında liderlik edib, həmçinin dividendlərin həcmi 8 faiz artıb. Böyük neft şirkətləri “Exxon Mobil”, “Chevron”, bp, “Equinor”, “Shell” və “TotalEnergies” birlikdə səhmlərin geri alınmasına rekord məbləğdə vəsait yönəldərək 110 milyard dollar dividend ödəyiblər.

“Deloitte” əlavə edib ki, lakin qlobal neft və qaz sənayesində 2,3 trilyon dollarlıq kapitala sahib olan investorlar enerji şirkətlərinin rəhbərlərindən daha sürətli böyümə bazarları ilə bağlı gözləntilərini dəyişirlər. Sorğuda iştirak edən investorların təxminən 75 faizi illik gəlirlərin 3 faiz azalacağı təqdirdə belə, aşağı karbonlu texnologiyalara investisiyaları sürətləndirmək üçün səhmləri saxlamağa davam edəcəklərini bildirib.

“Deloitte” şirkətinin tədqiqat direktoru Keyt Hardin qeyd edib ki, dividendlərin azaldılması hesabına təmiz enerjiyə daha çox vəsait yönəldilməsi ilə bağlı müxtəlif fikirlər var. Onun sözlərinə görə, investorlar nəqliyyatın elektrikləşdirilməsi və elektrik doldurma stansiyaları kimi "daha çox transformasiya texnologiyalarına" üstünlük verirlər. Sorğuda iştirak edən investorların təxminən 43 faizi investisiya üçün əsas sahə kimi batareyaların davamlı olmasını üstün tutur.

Qlobal neft və qaz şirkətlərinin 2023-2030-cu illər arasında 2,5 trilyondan 4,6 trilyon dollara qədər sərbəst pul axını əldə edəcəyi gözlənilir, lakin “Deloitte” hesab edir ki, ümumi xərclərin cəmi 2 faizdən az hissəsi təmiz enerjiyə yönəldiləcək.

İnstitusional investorların əksəriyyəti bu sahədə daha çox fəaliyyət gözləsə də, sorğuda iştirak edən rəhbər işçilərin 60 faizi gəlirlərinin 12-15 faizə yüksələcəyi təqdirdə aşağı karbonlu layihələrə sərmayə qoyacaqlarını bildiriblər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *