Niderland dənizdə külək enerjisinin qoyuluş gücünü 2030-cu ilə qədər 10,7 QVt artıraraq ümumi gücü 22,2 QVt-a çatdıracaq.
"Berpaolunanenerji.az"ın məlumatına görə, bu barədə ölkənin iqtisadi işlər və iqlim siyasəti məsələlərindən məsul dövlət katibi Dilan Yeşılgöz-Zegerius açıqlamasında bildirib.
Qeyd edilir ki, Avropa İttifaqının CO2 emissiyasını 55 %-ə qədər azaltma hədəfinə uyğun olaraq Niderland bu proqramı həyata keçirəcək.
Rəylər (0):