“Nordex”in Türkiyədə 1000-ci külək turbini inşa edilib

image

Almaniyanın külək turbini istehsalçısı “Nordex”in Türkiyədə 1000-ci külək turbini inşa edilib.

“Berpaolunanenerji.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, turbin İstanbulda yerləşən "Ömerli" külək elektrik stansiyasında qurulub.

Qeyd edək ki, alman şirkəti 2008-ci ildən Türkiyənin külək elektrik stansiyalarını turbinlərlə təmin edir.

Şirkətin ölkədə bazar payı 26,8 %-dir və külək enerjisi sektorunda 3 QVt güclə birincidir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *