Oklahoma qubernatoru Zəngilanda "yaşıl enerji" və "ağıllı kənd" layihələri ilə tanış olacaq

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Berpaolunanenerji.az" xəbər verir ki, görüşdə Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının qubernatoru Con Kevin Stittin Azərbaycana səfərinin əhəmiyyətinə toxunuldu. Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirildi, ölkəmizin ABŞ-ın ayrı-ayrı ştatları, o cümlədən 2000-ci ilin əvvəllərindən Oklahoma ştatı ilə əməkdaşlığından məmnunluq ifadə olundu.

Con Kevin Stitt Zəngilan rayonuna edəcəyi səfərinin Azərbaycanın həmin ərazilərdə icra etdiyi “yaşıl enerji” və “ağıllı kənd” layihələri ilə yaxından tanış olmağa imkan yaradacağına ümid etdiyini bildirdi.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *