Ordubadda KES-in inşası üçün ölçü qurğuları quraşdırılıb

image

Ordubad rayonunda gələcəkdə külək turbinlərinin istismarının texniki-iqtisadi əsaslandırılması üçün ölçü qurğuları quraşdırılıb və lazımı ölçmə işləri aparılıb.

"Renewables.az" xəbər verir ki, bu barədə Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 2022-ci ildə görülmüş işlərə dair hesabatında bildirilir.

Eyni zamanda, hesabat dövründə rayon ərazisində Araz çayı üzərində derivasiya tipli 36 MVt gücündə Ordubad Su Elektrik Stansiyasının və gücü 15,6 MVt olacaq Tivi Su Elektrik Stansiyasının tikinti-quraşdırma işləri davam etdirilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *