Ötən il Azərbaycanda elektrik enerjisi istehsalı artıb

image

2021-ci ildə Azərbaycanda 25 958,1 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da əvvəlki ilə nisbətən 0,5 % çoxdur.

"Berpaolunanenerji.az"ın Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən verdiyi xəbərə görə, istehsal edilən əmtəəlik elektrik enerji istehsalı 25 163,5 mln. kVt-saat təşkil edib. Bu da əvvəlki ilə nisbətən 8,4 % çoxdur.

Qeyd edək ki, ötən il Azərbaycanda külək elektrik stansiyaları 89 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da illik müqayisədə 6,7 faiz azdır. Günəş elektrik stansiyaları isə 54,2 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da illik müqayisədə 18,3 faiz çoxdur. Su elektrik stansiyalarının istehsalı 1 243,9 milyon kVt-saat təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *