Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının elektrik stansiyalarında 481 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Renewables.az xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 mln. kVt-saat və ya 1,3 faiz çoxdur.
Hesabat dövründə Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə su elektrik stansiyalarında 95,02 mln. kVt-saat, günəş elektrik stansiyalarında 60,93 mln. kVt-saat elektrik enerjisi (qalanı İstilik Elektrik Stansiyalarında) istehsal olunub.
Rəylər (0):