Ötən il ölkədə elektrik enerjisi istehsalı artıb

image

2021-ci il üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, dekabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2591,2 mln. kVt/saat, ixracı 289,6 mln. kVt/saat, idxalı 10,5 mln. kVt/saat olub.

"Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə dekabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 201,4 mln. kVt/saat, ixrac 127,9 mln. kVt/saat artıb, idxal isə 0,2 mln. kVt/saat azalıb.

2021-ci ilin yanvar-dekabr aylarında isə respublikada (əsas fəaliyyəti elektrik enerjisi istehsalı olmayan təsərrüfat subyektləri də daxil olmaqla) ümumi elektrik enerjisinin istehsalı 2020-ci illə müqayisədə 2044,8 mln. kVt/saat artaraq 27856,0 mln. kVt/saat olub.

Hesabat dövründə 2020-ci ilin 12 ayına nisbətən elektrik enerjisinin istehsalı SES-lərdə 207,9 mln. kVt/saat artaraq 1277,3 mln. kVt/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 3,6 mln. kVt/saat azalaraq 339,9 mln. kVt/saat olub.

Külək elektrik stansiyalarında 91,5 mln. kVt/saat, günəş elektrik stansiyalarında 55,2 mln. kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 193,2 mln. kVt/saat elektrik enerjisi istehsal edilib.

İl ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 25038,0 mln. kVt/saat (SES-lərdə 1133,0 mln. kVt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 451,0 mln. kVt/saat (SES-lərdə 130,3 mln. kVt/saat, GES-də 51,2 mln. kVt/saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 66,1 mln. kVt/saat, müstəqil elektrik stansiyaları üzrə 2300,9 mln. kVt/saat təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 1677,1 mln. kVt/saat olmaqla, 2020-ci illə müqayisədə 526,4 mln. kVt/saat, elektrik enerjisinin idxalı isə 151,5 mln. kVt/saat olmaqla, 2020-ci ilə nisbətən 15,0 mln. kVt/saat artıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *