Özbəkistanın paytaxtı Daşkənddə yaşıl enerji və hidrogen mövzusunda tədbir keçiriləcək

image

9-10 sentyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində "Mərkəzi Asiya Yaşıl Enerji və Hidrogen 2024" keçiriləcək.

Renewables.az-a tədbirin təşkilatçısı PEAK Events tərəfindən bildirilib ki, tədbir çərçivəsində sərgi və konfrans təşkil olunacaq.

Tədbir sənaye liderləri, siyasətçilər və innovatorlar üçün Mərkəzi Asiya regionunda günəş fotovoltaik və yaşıl hidrogen təşəbbüslərinə xüsusi diqqət yetirməklə, bərpa olunan enerji mənbələrinin dayanıqlı inkişafı ilə bağlı bir araya gəlmək və müzakirə etmək üçün platforma rolunu oynayır. Tədbirin məqsədi əməkdaşlığı inkişaf etdirmək, ən yaxşı təcrübələri mübadilə etmək və Mərkəzi Asiyada enerji keçidinin aktual problemlərini həll etmək üçün yaşıl enerji təşəbbüslərini inkişaf etdirmək imkanlarını araşdırmaqdır.

Qeyd edək ki, Renewables.az "Mərkəzi Asiya Yaşıl Enerji və Hidrogen 2024" tədbirinin media tərəfdaşıdır.

Ətraflı məlumat və qeydiyyat: http://peakevents.org/green-energy-central-asia


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *