Bu ilin yanvar-aprel aylarında operativ məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda elektrik enerjisinin istehsalı 3,3 % artaraq 9 milyard 240,1 milyon kVt-saata çatıb.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov tviter səhifəsində yazıb.
Onun sözlərinə görə, elektrik enerjisi ixracı 518,6 milyon kVt-saat, idxal isə 40,7 milyon kVt-saat olub.
Rəylər (0):