Əlverişli günəş radiasiyasına malik Naxçıvanın “yaşıl enerji zonası”nda inkişafı üçün Konsepsiya hazırlanır.
Renewables.az xəbər verir ki, bunu Bakı Enerji Forumunun Naxçıvanda keçirilən xüsusi sessiyada energetika naziri Pərviz Şahbazov bildirib.
Nazir vurğulayıb ki, külək və günəş enerjisi üzrə 1500 MVt-lıq istehsal güclərinin xarici investisiya hesabına yaradılması və onun ən azı 1000 MVt-nın Türkiyə və Avropa istiqamətində ixracı strateji hədəfimizdir.
Rəylər (0):