Pərviz Şahbazov Səudiyyə Ərəbistanının energetika nazirini Azərbaycana dəvət edib

image

Energetika naziri Pərviz Şahbazov Moskva şəhərində keçirilən “Rusiya Enerji Həftəsi” adlı Beynəlxalq Forumda iştirak edib.

Bu barədə "Berpaolunanenerji.az"a Nazirlikdən məlumat verilib.

Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Əbdüləziz bin Salman Əl Səud ilə keçirilən görüşdə isə “OPEC plus” razılaşmasının perspektivləri barədə fikir mübadiləsi aparılıb, “OPEC plus” ölkələri arasında konsensusun bazarın balanslaşdırılmasında həlledici rolunun praktiki nəticələri qeyd edilib. Pərviz Şahbazov həmkarını yaxın gələcəkdə keçirilməsi planlaşdırılan 240 MVt gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmək məqsədilə Azərbaycana dəvət edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *