Pərviz Şahbazov: "Xızı-Abşeron" KES hesabına 220 mln kubmetr təbii qaza qənaət ediləcək"

image

Stansiya bizim enerji sistemimiz üçün xüsusi əhəmiyyət daşıyacaq, ildə, təxminən 1 milyard kilovat/saata qədər elektrik enerjisi istehsal edəcək, bunun nəticəsində biz təxminən 220 million kubmetr təbii qaza qənaət edə biləcəyik, təxminən, 400 min ton karbon tullantılarının qarşısı alınacaq.

"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun iştirakı ilə keçirilən mətbuat konfransında Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

"Məlumdur ki, Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi və dəstəyi ilə Azərbaycanda yaşıl enerji kursu həyata keçirilir. Bilirsiniz ki, qarşıdan gələn yeniliklər üçün nəzərdə tutulan və artıq qəbul olunan Azərbaycanın sosial inkişafının əsas prioritetləri çərçivəsində “yaşıl məkan” konsepsiyasında öz əksini tapmışdır.

Dövlət başçısı tərəfindən Azərbaycan enerji sisteminin qarşısında belə bir hədəf də qoyulub -  2030-cu ilə qədər bizim generasiya güclərinin 30%-i alternativ, yəni bərpaolunan enerji mənbələri olacaqdır və ona görə də bu istiqamətdə bir sıra konkret addımlar atılır ki, bugünkü layihə də həmin istiqamətdə görülən işlərdən biridir", - deyə nazir bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *