Peter Siyarto: “İyulda Xəzər-Qara dəniz-Avropa Yaşıl Dəhlizi” üzrə birgə müəssisə yaradılacaq”

image

İyulda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji”nin Mərkəzi Avropaya çatdırılması üçün birgə müəssisə yaradılacaq.

Renewables.az “Report”a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölkələr arasında əməkdaşlıq nümunəvi xarakter daşıyır və gələcək nəsillərə faydalı olacaq: “Əməkdaşlığımız qlobal miqyasda və gələcək üçün bizə fayda verəcək”.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə qeyd edib ki, “yaşıl enerji”nin istehsalı və dənizaltı kabel vasitəsilə Avropaya nəqli layihəsi üzrə işlər davam edir.

“Bu layihə ilə bağlı yaxşı xəbərimiz var. İlkin layihələndirmə tamamlanıb, ilin sonunadək başa çatdırılması planlaşdırılan əsas layihə üzərində işlər davam edir. Bu, bütün iştirakçılara yaxşı impuls verəcək və gələcək sıx əməkdaşlıq üçün əsas olacaq çox böyük layihədir”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *