Portuqaliya dənizdə külək enerjisi layihələri üçün tender elan edəcək

image

Portuqaliya 3-4 min MVt gücündə dənizdə külək elektrik stansiyaları üçün tender hazırlayacaq.

“Berpaolunanenerji.az” “Reuters”ə istinadən xəbər verir ki, tender yay aylarında elan olunacaq.

Ölkənin Ətraf Mühit və Enerji Keçidi naziri Joao Matos Fernandesin açıqlamasına görə, Portuqaliya 2026-cı ilə qədər 3-4 min MVt güclü dənizdə külək parkları inşa edəcək.

Ötən il iki kömürlə işləyən elektrik stansiyasını bağlayan Portuqaliyanın qoyuluş gücünün 83 %-i (7 300 MVt) su elektrik stansiyalarının payına düşür. Ölkədə külək enerjisinin qoyuluş gücü isə 5 000 MVt-dır.

2050-ci ilə qədər “sıfır karbon” olmağı hədəfləyən ölkənin Atlantik okeanı sahilindəki külək elektrik stansiyasının gücü cəmi 25 MVt-dır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *