Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Ali Şurasının üzvü, Ras əl-Xeymə Əmirliyinin hakimi Əlahəzrət Şeyx Saud Bin Saqr Al Qasimini qəbul edib.
"Renewables.az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Görüşdə ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparılıb. Bərpaolunan enerji sahəsində Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin ölkəmizdə həyata keçirdiyi layihənin əhəmiyyəti vurğulanıb.
Rəylər (0):