Prezident: "Kəlbəcər və Laçında külək və günəş enerji gücləri almaq imkanımız var"

image

"Cəbrayıl rayonunda 240 meqavatlıq yeni günəş stansiyasının tikintisi ilə bağlı xarici investorlar artıq bizə rəsmən müraciət edib. Xudafərin, Qız qalasında biz 140 meqavat elektrik enerjisi əldə edə bilərik.

"Berpaolunanenerji.az"ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

"Kəlbəcər və Laçında isə 10 min meqavata yaxın potensial var, külək və günəş enerji gücləri almaq imkanımız var. Ona görə biz elektrik xətləri də nəzərdə tuturuq", - Prezident qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *