"Proof Energy Azerbaijan" şirkəti Türkiyədə keçirilən beynəlxalq sərgidə iştirak edib

image

4-6 aprel tarixlərində Türkiyənin İstanbul şəhərində 16-cı Beynəlxalq Günəş Enerjisi Texnologiyaları və Enerji Saxlanc Sərgisi – “Solarex İstanbul” keçirilib.

Türkiyənin ilk və Avrasiyanın ən böyük günəş enerjisi sərgisi olan “Solarex İstanbul”da yerli və xarici şirkətlərin müvafiq texnologiyalarla bağlı məhsulları nümayiş olunub. Türkiyənin Ticarət Nazirliyi və Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin dəstəyi ilə keçirilən sərgidə 500-dən çox şirkət təmsil olunub. Sərgi çərçivəsində müvafiq texnologiyalarla bağlı konfrans və seminarlar təşkil olunub.

Türkiyənin “Proof Energy”, o cümlədən “Proof Energy Azerbaijan” şirkətləri günəş enerjisi və saxlanc sistemləri məhsulları ilə sərgidə stendlə təmsil olunub. Sərgidə şirkətin ilk dəfə "Proom Sunchance Cabin" məhsulu təqdim olunub və məhsul ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, “Proof Energy Azerbaijan” şirkəti 2023-cü ilin dekabrında təsis olunub, günəş panellərinin quraşdırılması və günəş enerjisi texnologiyaları ilə bağlı EPC şirkəti olaraq xidmət göstərir. Şirkətinin rəhbərliyi Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili", COP29 tədbirinin keçirilməsi və yaşıl enerjinin inkişafı məqsədilə sahibkarlara verilən dəstəyə görə öz minnətdarlığını bildirir.

Xatırladaq ki, Renewables.az “Solarex İstanbul”un rəsmi media tərəfdaşıdır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *