Ənənəvi külək turbinləri küləyin bərpa olunan enerji mənbəyi kimi üstünlüklərini bizə artıq sübut edib. Bununla belə, onun bəzi xüsusiyyətləri ənənəvi turbinlərin hər tətbiq və məkan üçün uyğun olmadığını göstərir.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən "Berpaolunanenerji.az"a bildirilib ki, Avropa İttifaqı tərəfindən dəstəklənən və maliyyələşdirilən qanadsız külək turbinləri layihəsi isə innovativ yeni konsepsiya kimi bu problemi həll edir və artıq bu sahədə sınaqlar aparılır.
Yığcam və qanadsız işləyən generatorlarından istifadə edərək bərpa olunan enerjidən istehlak nöqtəsinə yaxın istifadə etməyə imkan verən bu qurğular xüsusi olaraq istehlak bazarı və paylanmış enerji şəbəkələri üçün nəzərdə tutulub.
Qeyd edək ki, "Vortex Bladeless Wind Power" tərəfindən inkişaf etdirilən qanadsız külək turbinləri küləyin oları titrətməsi nəticəsində enerji əldə edir.
Qanadsız texnologiya sabit şaqüli silindrli elastik dirəkdən ibarətdir. Texnoloji qurğu külək enerjisinin gələcəyi ola bilər.
Rəylər (0):