Qarabağda “Yaşıl enerji” zonasının yaradılması istiqamətində işlər davam etdirilir

image

Hesablamalara görə, Azərbaycanın yerli su ehtiyatlarının 25%-i, yəni ildə təqribən 2 milyard 560 milyon kubmetr su ehtiyatları bu ərazidə formalaşır. Bu ərazilərdə 30-dək kiçik su elektrik stansiyaları mövcuddur.                             

Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Qarabağın cənub düzənlik hissəsi – Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan MR ərazisindən sonra ikinci yerdədir. Burada bir kvadrat metr üfüqi səthə düşən günəş radiasiyası ildə 1600-1700 kilovatsaat təşkil edir. Bu ərazilərin ümumi günəş enerjisi potensialı 4000 meqavatdan çoxdur.

Qarabağın dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Xüsusilə Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Ümumilikdə, Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 500 meqavatadək qiymətləndirilir. Təbii ki, bunlar ilkin qiymətləndirmələrdir.

Yaşıl enerji konsepsiyasının baş planının 6 ay ərzində hazırlanması nəzərdə tutulur. Energetika naziri Pərviz Şahbazov: "Qarabağ regionu bərpa olunan enerji mənbələri nöqteyi nəzərindən çox zəngindir. Orada böyük su resurslarımız var, o cümlədən "Xudafərin" və "Qız qalası" üzərində SES tikilməsi nəzərdə tutulur. Ümumilikdə 140-150 meqavatadək kiçik SES-lərin potensialı var. Həmçinin regionda böyük günəş və külək elektrik stansiyalarının tikintisi planlaşdırılır."

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *