Qarabağın "ağıllı kənd"lərində alternativ enerji mənbələrindən istifadə ediləcək

image

Ölkə başçısı İlham Əliyev və ailə üzvləri Zəngilan rayonuna səfəri çərçivəsində rayonun Ağalı kəndində olublar. 

"Berpaolunanenerji.az" Birinci vitse-prezidentin saytına istinadən xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına və birinci xanıma məlumat verdi ki, birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər. Daha sonra ilk "ağıllı kənd" layihəsinin təməli qoyulub.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə qurulacaq şəhər və kəndlər "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyası əsasında qurulacaq. 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *