Qazaxıstanda 100 MVt gücündə külək elektrik stansiyası istifadəyə verilib

image

Qazaxıstanın Abay rayonunda 100 MVt gücündə "Abay-1" Külək Elektrik Stansiyası (KES) enerji istehsalına başlayıb.

"Berpaolunanenerji.az" "QazaqGreen" portalına istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Abay-1" KES ildə 300 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edəcək, 15-ə yaxın daimi iş yeri yaradacaq.

Qeyd edək ki, Qazaxıstan 2025-ci ilə qədər bərpa olunan enerji mənbələrinin qoyuluş gücünü 2 400 MVt-a çatdırmaq niyyətindədir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *