Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) təşkilatçılığı ilə “Qlobal enerji keçidi istiqamətləri: Geosiyasi, bazar və sənaye çətinlikləri” mövzusunda seminar keçirilib.
Renewables.az AREA-ya istinadla xəbər verir ki, Çilinin Adolfo İbanez Universitetinin Mühəndislik və elm fakültəsinin bərpa olunan enerji üzrə magistr proqramının dosenti Şəhriyar Nəsirovun təqdimatı ilə keçirilən seminarda dünyada enerjiyə olan tələbatın qarşılanmasında bərpa olunan enerji mənbələrinin rolu, enerji keçidinin elektrik enerjisi bazarına təsirləri, həmçinin enerji keçidinin geosiyasi məsələləri, enerji sənayesi və texnologiyalar, Çilinin ümumi enerji sistemi barədə məlumat verilib.
Təqdimatçı çıxışında qlobal enerji keçidindəki çətinliklər və imkanlar barədə fikirlərini, araşdırma və təcrübələrini bölüşüb. Seminar sual-cavab və qarşılıqlı müzakirələrlə davam edib.
Hibrid formatında baş tutan seminarda Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməkdaşları və Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin Azərbaycan bölməsinin üzvləri də iştirak ediblər.
Rəylər (0):