Qubadlı yarımstansiyası 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər

image

"Mənə verilən məlumata görə, sovet vaxtında Qubadlı rayonunun ümumi istehlakı 12 meqavat idi. Ancaq bu yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər".

"Berpaolunanenerji.az" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Qeyd edək ki, işğala qədər 38 min nəfərdən çox əhalisi olan, sənaye və digər təsərrüfat sahələri üzrə Qubadlı rayonunun ümumi tələbatı 12 MVt olmaqla bir ədəd 110 kV-luq yarımstansiyadan qidalanıb. 47 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan Qubadlıda inkişaf istiqamətləri nəzərə alınmaqla 2040-cı il üçün elektrik enerjisi tələbatının 38 MVt-dan artıq olacağı gözlənilir. Yeni “Qubadlı” yarımstansiyası tikilərkən bu amil nəzərə alınıb.

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *