"Renewables.az"ın media sponsorluğu ilə "Konya Enerji Sammiti və Sərgisi" keçiriləcək

image

23-25 ​​fevral 2023-cü il tarixlərində Türkiyənin Konya şəhərində Tüyap Konya Beynəlxalq Sərgi Mərkəzində "3-cü Konya Enerji Sammiti və Sərgisi" keçiriləcək.

"Renewables.az"a təşkilatçı tərəfindən verilən məlumata görə, tədbir enerji sektorunun milli və beynəlxalq qabaqcıl şirkətlərini, enerji sahəsində çalışan elm adamlarını, yüksək səviyyəli dövlət rəsmilərini, özəl sektor nümayəndələrini və qeyri-hökumət təşkilatlarını bir araya gətirir.

“Konyanın enerjisi Türkiyəni işıqlandırır” devizi ilə keçirilən tədbir 100 iştirakçı şirkət 20 000 ziyarətçini bir araya gətirəcək.

Qeyd edək ki, Azərbaycanın tək yaşıl enerji portalı olan "Renewables.az" tədbirin ölkə üzrə media sponsorudur.

İştirak etmək istəyən şirkətlər və ziyarətçilər üçün link vasitəsilə müraciət edə bilər: www.konyaenerjifuari.com


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *