Qara dəniz sualtı kabel xətti (Azərbaycan-Avropa İttifaqı yaşıl enerji dəhlizi) Avropaya təmiz enerji təchizatını təmin etmək üçün imkanlar açır.
Renewables.az-ın məlumatına görə, bunu Rumıniyanın energetika naziri Sebastyan-İohan Burduja Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlərin 10-cu iclasının və Yaşıl Enerji Məşvərət Şurasının 2-ci nazirlərin iclasının plenar iclasında çıxışı zamanı deyib.
"Qara dəniz sualtı kabel xətti bərpa olunan enerjinin ötürülməsi üçün əhəmiyyətli potensiala malikdir. Bu, Avropaya təmiz enerji təchizatını təmin etmək üçün mühüm imkan yaradır", - o bildirib.
Rəylər (0):