Rusiya hökuməti baş nazir Mixail Mişustinin sərəncamı ilə "Rusiya iqtisadiyyatını qlobal enerji keçidinə uyğunlaşdırmaq üzrə" işçi qrupları yaratmağa hazırlaşır.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə "RBK" özünün müvafiq mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, baş nazirin birinci müavini Andrey Belousov sözügedən qrupların kuratoru olacaq.
Vurğulanır ki, Çinin iqlim dəyişikliyi ilə mübarizə planları və öz bazarını "çirkli" mallardan qorumaq üçün Aİ-nin radikal təşəbbüsləri fonunda işçi qruplarının yaradılmasına dair qərar iyun ayında qəbul edilib.
Qeyd edək ki, qlobal enerji keçidi, alternativ enerjinin inkişafı fonunda ənənəvi yanacağa olan tələbatın azaldılmasını nəzərdə tutur.
"Qarşıda duran vəzifə - Rusiya iqtisadiyyatı üçün qlobal enerji keçidinin risklərini və imkanlarını müəyyən etmək, bütün istiqamətlər üzrə ssenariləri qiymətləndirmək və ən optimal variantı hazırlamaqdır. Etibarlı məlumatların toplanmasını, idarələrin, təşkilatların və mütəxəssislərin əlaqələndirilməsini təmin etmək vacibdir", - deyə hökumətə yaxın mənbə məsələnin mahiyyətini izah edib.
RBK-nın həmsöhbətlərindən biri bildirib ki, son bir ay ərzində hökumət, Rusiyanın aşağı karbohidratlı inkişaf istiqamətində qlobal iqtisadiyyatın yenidən qurulmasına hazırlaşması ilə bağlı bir sıra qapalı müzakirələr aparıb.
Yay aylarında "iqlim" işçi qruplarının ilkin tərkibi müəyyənləşdirilib və Baş nazir müavinlərinin qapalı iclasları keçirilib. Burada Rusiya üçün risklərin və imkanların təhlilinin ilkin nəticələri müzakirə edilib. Hökumətdə iqlim gündəminin problemlərinin prioritet olmasının vacibliyinə dair anlayış mövcuddur.
Rəylər (0):