RWE Şimal dənizində 1 QVt gücündə külək elektrik stansiyası inşa edəcək

image

Almaniyanın "RWE" şirkəti Danimarkanın Şimal dənizi sahillərində 1 000 MVt (1 QVt) gücündə külək elektrik stansiyası inşa edəcək.

"Renewables.az" şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, turbinlərin quraşdırılmasına 2026-cı ildə başlanılacaq.

"Thor" adlanan külək elektrik stansiyası Yutlandiya yarımadasının qərb sahilindəki Torsmind şəhərindən təxminən 22 kilometr aralıda tikəcək. Quraşdırma işlərinin Esbyerq limanından aparılması planlaşdırılır. 

RWE "Siemens Gamesa" ilə imzaladığı müqaviləyə əsasən, külək fermasında 72 ədəd "SG 14-236 DD" dəniz külək turbinlərdən quraşdırılması planlaşdırılır. 

Qeyd edək ki, 15 MVt gücə malik "SG 14-236 DD" turbinləri 43,5 kvadratmetr ərazidəki külək axınlarını enerjiyə çevirməyə malik 115 metr uzunluğa və 236 metr diametrli qanada sahibdir. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *