Səfir: “ABŞ şirkətləri bərpaolunan enerji mənbələrini bazara çıxarmaq üçün Azərbaycanla əməkdaşlığa hazırdır”

image

“Azərbaycanın elektrik sektorunda bazara əsaslanan islahatlar bərpa olunan enerji mənbələrini daha qiymət rəqabətli etmək və yaşıl texnologiyalara keçidi sürətləndirmək üçün vacibdir”.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger ADA Universitetində keçirilən "Regional Enerji Təhlükəsizliyi" Simpoziumunda çıxışında deyib.

Diplomat hesab edir ki, özəl investisiyaların cəlb edilməsi də Azərbaycanın bərpaolunan enerji potensialını qurmağı davam etdirməsi üçün əsas olacaq: “Azərbaycanın bərpaolunan enerji sektorunda maraqlı olan xarici müəssisələr üçün düzgün investisiya mühitinin yaradılması üçün açıq və şəffaf tender prosesi lazımdır. Amerika Birləşmiş Ştatlarının qabaqcıl bərpa olunan texnologiyalarla bağlı təcrübəsi var”.

Litzenberger deyib ki, ABŞ şirkətləri bərpaolunan enerji mənbələrini bazara çıxarmaq üçün Azərbaycanla əməkdaşlıq etməyə hazırdır.

“Mən bilirəm ki, Azərbaycanın yeni qaytarılmış ərazilərdə və ölkənin qalan hissəsində planlaşdırılan layihələri var. ABŞ şirkətlərini cəlb etməyin ən yaxşı yolu açıq və şəffaf tender prosesidir. Azərbaycanın enerji sahəsi ölkə üçün və Avropanın enerji təhlükəsizliyi üçün transformativ olub. Bərpaolunan enerji potensialını artırmaqla Azərbaycan regionda və kənarda enerji təhlükəsizliyində vacib oyunçu rolunu oynaya bilər.

Birləşmiş Ştatlar Azərbaycanın enerji sektorunun böyüməsinə və inkişafına, enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfələri dəstəkləməyə davam etməyə hazırdır”, - deyə səfir qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *