Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) mütəxəssisləri üçün Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) ekspertlərinin iştirakı ilə növbəti seminar təşkil edilib.
Renewables.az AERA-ya istinadla xəbər verir ki, tədbir Avropa İttifaqının “EU4Energy” proqramının II mərhələsi - “Şərq Tərəfdaşlığı ölkələrində təmiz enerjiyə keçidin təşviqi” layihəsi çərçivəsində keçirilib.
İki gün davam edən seminarda sözügedən beynəlxalq qurumun ekspertləri elektrik və qaz təchizatı şəbəkəsində xidmət keyfiyyətinin, etibarlılığının və dayanıqlığının qiymətləndirilməsi, habelə texniki və kommersiya keyfiyyəti, eləcə də təchizat davamlılığı ilə bağlı Avropa təcrübəsini AERA-nın mütəxəssisləri ilə bölüşüblər.
Seminar zamanı təqdim olunan mövzular ətrafında birgə fikir mübadiləsi aparılıb.
Rəylər (0):