İspaniya mərkəzli bərpa olunan enerji şirkəti "Siemens Gamesa Renewable Energy" bu ilin ikinci rübünə aid fiskal nəticələrini açıqlayıb.
"Berpaolunanenerji.az" bu barədə şirkətin rəsmi saytına istinadən xəbər verir.
Şirkət rəsmi sənədində qeyd edir ki, bu ilin ikinci rübündə 5.5 milyard avro dəyərində sifariş qəbul edib. Bu il keçirilən hərraclarda isə 46 QVt gücündə sifarişlər qəbul edilib.
Şirkət özünün ən böyük rotoru (çarx) olan, 170 metr radiusa sahib olan "SG 5.8-170" turbinləri Braziliya, Finlandiya, İsveç və Birləşmiş Krallıq tərəfindən sifariş edilib. İlin ikinci rübündə həmçinin 2.6 QVt gücündə dəniz külək turbinləri sifarişi alıb.
Külək turbinlərinin istehsalı və külək parklarının inşası ilə məşğul olan şirkət 1976-cı ildə "Gamesa Corporación Tecnológica" adı ilə qurulub. 2016-cı ildə isə "Siemens Wind" şirkəti ilə birləşərək Siemens Gamesa adını alıb. Şirkətin mərkəzi Samudio şəhərində yerləşir.
Hesabatla tanış olmaq üçün linkə keçid edin Siemens Gamesa
Rəylər (0):