"Siemens Gamesa" dünyanın ən böyük külək turbininin prototipini inşa edib

image

"Siemens Gamesa" 14 MVt qoyuluş gücünə sahib dünyanın ən böyük dənizüstü (ofşor) turbin prototipini Danimarkada qurub.

"Berpaolunanenerji.az" şirkətin saytına istinadən xəbər verir ki, dənizüstü turbin prototipi Osterild şəhərində yerləşən test mərkəzində inşa edilib.

SG 14-222 DD model turbin 271 metr hündürlüyə, 222 metr rotor diametrinə malikdir. Turbin qanadının uzunluğu isə 108 metrdir. Prototip havadan 39 min kvadratmetr sahəni nəzarəti altına alaraq enerji istehsal edə bilir.

14 MVt qoyuluş gücünə sahib turbinin gücü 15 MVt-a qədər artırıla bilər. Turbin tam gücü ilə işlədikdə ildə 18 min evin elektrik enerjisi ehtiyacını qarşılaya bilir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *