İspaniyanın "Siemens Gamesa" şirkətinin Böyük Britaniyanın Hull şəhərində yerləşən fabrikində 108 metr uzunluğunda ilk külək turbini qanadını istehsal edilib.
"Renewables.az" xəbər verir ki, bu barədə şirkət feysbuk səhifəsində məlumat yayıb.
"2016-cı ildə açılan Hull fabriki o vaxtdan bəri Böyük Britaniya və Avropadakı külək elektrik stansiyalarında quraşdırılmış 2 000-dən çox qanad istehsal edib. Keçən il ərzində biz hasilatı iki dəfə artırdıq, bununla da komandamıza istehsalı genişləndirməyə və "SG 14-222 DD" turbini üçün bu möhtəşəm qanadları istehsal etməyə imkan verdi", - məlumatda bildirilir.
Rəylər (0):