Sinqapurda böyük üzən günəş elektrik stansiyası istifadəyə verilib

image

Sinqapurda dünyanın ən iri üzən günəş elektrik stansiyalarından (GES) biri istifadəyə verilib.

“Berpaolunanenerji.az” "Reuters"ə istinadən xəbər verir ki, üzən GES 45 hektar ərazini əhatə edir.

Stansiya Tenge su anbarında inşa edilib. Üzən günəş elektrik stansiyasının qurulmasında 122.000 ədəd paneldən istifadə olunub. Stansiyanın qoyuluş gücü 60 meqavat-pik təşkil edir.

Gözləntilərə əsasən, stansiya 5 ədəd su təmizləyici qurğunu yetəri qədər elektrik enerjisi ilə təmin edəcək.

Qeyd edək ki, Sinqapur karbon emissiyasını azaltmaq məqsədilə 2025-ci ilə qədər günəş enerjisinin istehsalını 4 dəfə artırmağı planlaşdırır.

Maraq üçün bildirək ki, dünyanın ən böyük üzən günəş elektrik stansiyası Çində yerləşir. Stansiya 166.000 günəş panelindən ibarətdir və 86 hektar ərazini əhatə edir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *