Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bp-nin hasilat və əməliyyatlar üzrə vitse-prezidenti Qordon Birrelli qəbul edib.
“Berpaolunanenerji.az” bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, bir neçə il bundan öncə bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti vəzifəsini icra etmiş Qordon Birrelli səmimi salamlayan SOCAR prezidenti onun yeni vəzifəsində uğurla fəaliyyət göstərməsindən məmnunluğunu bildirib.
Görüşdə SOCAR və bp tərəfdaşlığının müxtəlif aspektləri müzakirə olunub. R.Abdullayev bp ilə həyata keçirilən birgə layihələrin inkişaf etdirilməsi əzmindən söz açıb, Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasının dövlət və şirkət üçün prioritet olduğunu vurğulayıb.
Qeyd edilmişdir ki, SOCAR, yeni strategiyasına uyğun olaraq, şirkətin dənizdəki neft və qaz infrastrukturunda istifadə olunan enerjinin gələcəkdə qaz əvəzinə tədricən külək enerjisi kimi bərpaolunan mənbələr hesabına təminatı imkanlarını araşdırır.
Görüşdə iki şirkət arasında Xəzərin Azərbaycan sektorunda bu istiqamətdə əməkdaşlıq perspektivləri də müzakirə olunub.
Rəylər (0):