SOCAR-ın dekarbonizasiya hədəflərinə çatması məqsədilə “SOCAR Green” MMC şirkəti yaradılıb

image

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının iclası keçirilib.

Renewables.az SOCAR-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda ilk öncə SOCAR-ın 2023-cü ilin ilk 9 ayı üzrə fəaliyyət nəticələri ətraflı müzakirə edilib.

Hesabat dövründə neft və qaz yataqlarının işlənməsi üzrə görülən işlər, hasilat göstəriciləri, bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi, dekarbonizasiya istiqamətində atılan addımlar barədə məlumat verilib. 

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamından irəli gələn tapşırıqlar çərçivəsində ölkədə bərpaolunan enerji mənbələrinin inkişafı, həmçinin SOCAR-ın dekarbonizasiya hədəflərinə çatması məqsədilə “SOCAR Green” MMC şirkətinin təsis edilməsi təsdiq edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *