SOCAR Türkiyənin idarəetmə mərkəzləri enerjisini "yaşıl enerji"dən qarşılayacaq

image

SOCAR Türkiyə karbon ayaq izini azaltmaq hədəfilə İstanbuldakı idarəetmə binalarında və bəzi təsisatlarında "yaşıl enerji"dən istifadə edəcək.

Bu barədə "Berpaolunanenerji.az" şirkətin rəsmi saytına istinadən xəbər verir.

Belə ki, 2021-ci ildə istehsal gücü 14,5 mln. kVt/saat olan 22 elektrik istehlakı mərkəzi (ofis və binalar - red.) yaşıl enerjiyə çevriləcək.

Davamlı gələcək üçün bərpaolunan enerjinin rolunun hər ötən gün artarkən SOCAR Türkiyə, 4 idarəetmə binası ilə birlikdə toplam 22 binasında istifadə edilən elektrik enerjisini "yaşıl enerji"dən qarşılayacaq.

Şirkətin baş icraçı direktoru Zaur Qəhrəmanov bildirib: "Davamlı enerjidə elektrikin hansı mənbədən istehsal edilməsi istehlakçılar və təşkilatlar üçün artıq daha çox önəmlidir. SOCAR Türkiyə olaraq, biz də bu istiqamətdə bir addım atdıq və 22 istehlak nöqtəsində istifadə etdiyimiz elektriki yaşıl enerjiyə çevirməyə qərar verdik. 2021-ci ildə İstanbuldakı baş ofisimiz də daxil digər mərkəzlərimizdə istifadə edilən elektrik toplam 14,5 mln kVt/saat olacağı düşünüldükdə, hər il təxminən bu qədər enerjinin bərpaolunan mənbələrdən qarşılanacağını deyə bilərik."


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *