SOCAR və bp külək enerjisi istiqamətində əməkdaşlıq perspektivlərini müzakirə edib

image

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bp-nin hasilat və əməliyyatlar üzrə vitse-prezidenti Qordon Birrelli qəbul edib.

“Berpaolunanenerji.az” bu barədə SOCAR-a istinadən xəbər verir.

Qeyd edilmişdir ki, SOCAR, yeni strategiyasına uyğun olaraq, şirkətin dənizdəki neft və qaz infrastrukturunda istifadə olunan enerjinin gələcəkdə qaz əvəzinə tədricən külək enerjisi kimi bərpaolunan mənbələr hesabına təminatı imkanlarını araşdırır.

Görüşdə iki şirkət arasında Xəzərin Azərbaycan sektorunda bu istiqamətdə əməkdaşlıq perspektivləri də müzakirə olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *