Şotlandiyanın ən böyük dəniz külək stansiyası elektrik enerjisi istehsalına başlayıb

image

Fransanın “TotalEnergies” və İngiltərənin “SSE Renewables” şirkətləri tərəfindən Şotlandiyanın sahil sularında inşa edilən, 1 075 MVt gücündəki “Seagreen” külək parkı elektrik enerjisi istehsalına başlayıb.

“Berpaolunanenerji.az” xəbər verir ki, bu barədə “TotalEnergies” açıqlama yayıb.

Açıqlamaya görə, 114 ədəd turbindən ibarət olan stansiya tam enerji istehsalına 2023-cü ilin birinci yarısında başlayacaq.

Qeyd edək ki, “Seagreen” külək elektrik stansiyası Şotlandiyanın ən böyük, dünyanın ən dərin dabanlı stansiyasıdır. Belə ki, stansiya suyun 59 metr dərinliyindən qurulur.

“Seagreen” layihəsinin dəyəri 4,3 milyard ABŞ dollarıdır.

Tam gücü ilə işlədikdə stansiya ildə 5 milyard kVt-saat elektrik enerjisi istehsal edəcək ki, bu da 1,6 milyon evin elektrik enerjisi ilə təmin olunması deməkdir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *